Rəşad Sadıqovun yerində mən olsaydım…

8 May 2023 11:20 Zirə 810
Rəşad Sadıqovun yerində mən olsaydım…

Hələ ötən tur bəlli etmişdi ki, «Zirə» bu yay avrokuboklara qatılmaya bilər.

Kubokdan erkən ələnmiş «Zirə» Premyer Liqanın ötən həftələrini qeyri-sabit keçirmiş, «Turan Tovuz»a da məğlub olmuşdu.

Debütanta uduzunca «Qəbələ»nin ondan 6 xallıq məsafəyədək uzaqlaşması, gözləmək olardı ki, qəsəbə təmsilçisində bir qədər narahatlıq yaradacaq, hamını ruhdan salacaq.

«Zirə» Şamaxıda oyuna heç nə olmamış kimi başladı və bitirdi. Rəşad Sadıqovu təbrik edirəm.

Ona görə yox ki, qələbə qazandılar. Ona görə ki, müdafiə xətti bu dəfə hansısa ciddi səhvə yol vermədi. Bunun özü hadisədir.

Buradan açıq söyləyirəm: «Zirə» mövsümün ən şansız iştirakçısıdır. Fərdi xətalardan ən çox xal itirən komandasıdır.

Arxa xətt oyunçularının səhvlərini saymaqla qurtarmaz və işdir, onların sayı nisbətən az olsaydı, əmin edirəm: «Zirə» minimum bürünc medal qazanardı.

«Zirə»li futbolçuların bəxti gətirib ki, baş məşqçiləri mən deyiləm. O cür yanlışlardan sonra bir çoxunu eşiyə atardım.

Ya da ki, Kür və Araz çaylarına. Yapışardım yaxalarından, deyərdim, di get, sənin üçün elədiklərim halal xoşun olmasın.

Rəşad Sadıqov bu mənada çox səbrli və dözümlüdür.

Mənə çatmır da, futbolçuları hansı üzlə hər gün onun qarşısına çıxır. Abır da yaxşı şeydir axı.

ELNUR

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"