"Qarabağ"dan təklif olsa, gedib və ya qalmaqla bağlı düşünərdim”

8 May 2023 01:10 Zirə 807
"Qarabağ"dan təklif olsa, gedib və ya qalmaqla bağlı düşünərdim”

"Zirə"nin yarımmüdafiəçisi Hamidu Keytanın adı tez-tez "Qarabağ"la hallanır.

fransalı futbolçunun Ağdam klubuna keçidi gündəmə gəlir.

Onun adıçəkilən klubdan təklif alıb-almadığını öyrənmək üçün özünə müraciət etdik.

Sportinfo.az xəbər verir ki, sportal.az-a açıqlama verən Keyta "Qarabağ"da oynamağa müsbət yanaşdığını bildirib:

"Qarabağ"dan təklif gəlsəydi, xoşbəxt və məmnun olardım. Hər halda, söhbət Azərbaycanın ən yaxşı komandasından gedir. Belə təklif olsa, gedib və ya qalmaqla bağlı düşünərdim”.

Hamidu martın 26-da “Qarabağ”ın "Qalatasaray"a qarşı oynadığı xeyriyyə matçında iştirak etmişdi. O, Ağdam klubunun heyətində ikinci yarıda meydana çıxmışdı.

Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"