
Premyer Liqanın 33-cü turunda “Şamaxı” doğma meydanda “Zirə”ni qəbul edib - 0:3.
İlk dəqiqələrdə iki əlverişli imkan yaxalayan “şirlər” Elvin Məmmədovla qola yaxın olub. Kapitanın vurduğu top tirə tuş gələrək meydanı tərk edib.
Həmin epizod “Zirə”nin baş məşqçisini haqlı olaraq özündən çıxarıb.
Rəşad Sadıqov üzünü qapıçılarla işləyən köməkçisi Fərhad Vəliyevə tutaraq, ona kəskin iradlarını bildirib. Bununla sakitləşməyən Sadıqov daha sonra əsəbini Anar Nəzirovun üstünə töküb.
Fərhal Vəliyev ötən yay Anar Niftəliyevin yerinə komandaya cəlb olunmuşdu. Görünür, yayda onunla da yollar ayrılacaq.
HƏBİB SPORTİNFO.AZ