“Papağınız boş qalsın! “Neftçi” “Qarabağ”ın qarşısında sanki məhəllə komandasıdır”

3 May 2023 20:40 Zirə 1 176
“Papağınız boş qalsın! “Neftçi” “Qarabağ”ın qarşısında sanki məhəllə komandasıdır”

“Neftçi” turun mərkəzi qarşılaşmasında “Qarabağ”a boyun .əydi.

Əzəli və əbədi rəqiblərin duelində səviyyə baxımından rəqibini açıq-aşkar üstələyən “köhlən atlar” ilk 15 dəqiqədə 2 qol vurmaqla “ağ-qaralar”a yerini göstərdi.

Voislav Stankoviçin qırmızı vərəqə alaraq meydanı vaxtından tərk etməsi isə “Neftçi”nin erkən süqutunu şərtləndirdi.

Çempionluq mübarizəsində əzəli rəqibinə uduzan, cari mövsümdə “Qarabağ”ı bir dəfə də olsun uda bilməyən “Neftçi” azarkeşlərini üzməkdə davam edir.

Ağ-qara rənglərə könül verən fanatların səbr kasasının daşması anlaşılandır. Onlar 2:4-lük yenilgidən sonra klubun sosial şəbəkə hesablarında ürəyini boşaldıb ki, tənqid və təhqirlərin konkret ünvanı var:

“Rədd olun!”

“Qarabağ”ın qarşısında sanki məhəllə komandasıdır”.

“Neftçi” rəhbərliyi, az da olsa, utanırsınız? “Neftçi”ni aciz və rəzil günə salmısız. Allah bəlanızı versin!”

“Heç olmasa, komandanın şərəfinə, imicinə görə oynayın, çempionluq başınıza dəysin! Əvvəlki xarakterdə, ruhda oyunçular yoxdur artıq. Budur yaratdığınız komanda, əbləhlər. Əzilmiş, zəif, aciz “Neftçi”.

“Neftçi” “Turan Tovuz”u udanda, elə bil, çempion olmuşdu. Papağınız boş qalsın. Milyonları ye, “Turan Tovuz”u udmağa sevin”.

“Klub prezidenti rədd olmasa, biz rədd edəcəyik onu klubdan”.

“Bu “Neftçi”dən heç bir nəticə gözləməyin. Əsəblərinizi qoruyun”.

“Saldınız yenə klubu gedə-güdənin dilinə”.

“Hər dəfə “Qarabağ”dan 3-4 dənə buraxırlar, əsəbdən partlayıram da. Nə vaxta kimi bunlar “Neftçi”nin qanını zəli kimi içəcəklər? Rədd olun da, bu şərəfli klubdan. “Neftçi”nin adına layiq, “Neftçi”ni canı qədər sevən rəhbərlik və məşqçi heyəti gəlməlidir kluba”.

Bu məğlubiyyətdən sonra “Neftçi”nin cari mövsümü üçüncü pillədə başa vuracağı dəqiqləşib. Sona 4 tur qalmış “ağ-qaralar”ı ikinci pillədəki “Sabah”dan, eləcə də, dördüncü sıradakı “Qəbələ”dən 13 xal ayırır.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”