Bir qəmişlik… Hakimi də, futbolçusu da belə

3 May 2023 18:00 Zirə 792
Bir qəmişlik… Hakimi də, futbolçusu da belə

«Zirə» son tur öncəsi harada idi, orada da qaldı.

«Qəbələ» ilə aradakı xal fərqi 6-ya çatdı.

Qarşıdakı dörd həftə ərzində bu boyda fərqi ortadan qaldırmaq həqiqətən az inandırıcıdır.

Hardasa dünyanın 8-ci möcüzəsi olardı. Gərək «Qəbələ» üç məğlubiyyət alsın, «Zirə» də dörd turluq qələbə seriyası əldə etsin.

Bu müdafiə xətti ilə mümkünnü belə sonluq? Utopik olmayaq, nağıllara inanmayaq.

Əşşi, görürük də, nə var, nə yox. Hər şey var, heç nə yox.

Rəşad Sadıqov atdım ata bilmir. Əl-qolunu bağlayıblar. Kim o? Kim yox, kimlər.

Kimlərdir? Beş-avltı nəfərdən ibarət «arxa cəbhə»nin yuxulu keşikçiləri. Keşik çəkmirlər e, «oğurluğ»a gələnlərlə əlbirdirlər.

Açığı, Mehdi Cənnətovla Anar Nəzirovun «Zirə»dən sonra hansı komandanın yolunu tutacaqlarını böyük maraq və səbirsizliklə gözləyirəm. Bir təxminim yoxdur.

Ağlıma hansısa variant da gəlmir. Bəndəniz bu cütlüyü harada görür? Hə… İkisini də meşəyə göndərərdim. Anarı odun yarmağa, Mehdini də göbələk toplamağa...

«Turan Tovuz»la oyunun hakimliyi tam bir fiasko! Rauf Cabarov təmsilçisi olduğu sahənin hər iki üzünə tüpürdü.

Yuxulu idi, ya nə idi, bütün «kanallar»ı qatıb-qarışdırmışdı. Bir nədir, heç yarım köpüklük idarəçilik eləmədi.

Demişəm də, ondan normal hakim olsa, Elxan Məmmədovdan da futbol bilicisi olar.

Rauf hər iki tərəfin vayına oturdu. Nəticəyə təsir göstərən xətaları təkrarlamaqdan bezmədi.

Hakimlik adına xəcalət verdi, utandırdı. Özü utandımı? Bax, mən bunu da deyə bilmirəm.

Utanan kəs bu iki gündə səsini çıxarar, «mən fiti yerə qoydum və getdim» söyləyərdi…

«Zirə» bərbad hakimliyin üstünə düşmədi. Həm öyrəşiblər, həm də…

Müdafiə xətti Cabarovun əkiz tayları ilə doludur, day nə desinlər ki..?

Bir oyunda standart vəziyyətdən 3 qol buraxan komandanın futbolçularına mən, sadəcə, bir sual vermək istərdim - təsadüfən qəmiş istəmirsiz?

Həyatdır da, deyirəm, birdən boyunuzu ölçmək zad istəyərsiz…

ELNUR

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"