Rəşad Sadıqovun etiraf etdiyi ACI FAKT

17 Aprel 2023 16:00 Zirə 1 189
Rəşad Sadıqovun etiraf etdiyi ACI FAKT

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqovun “Səbail”lə oyun üçün “11-liy”i quranda bu fakta xüsusi diqqət yetirməsini iddia etmək çətindir.

Bəlkə də fikir verib, bəlkə də yox.

Deməli, ilk dəqiqədən meydana çıxan 11 futbolçudan 6-sı xalis legioner idi – Mois Adileu, Hamidu Keyta, Vladislav Kulaç, Nemanya Andelkoviç, İbrahim Abbas və İssa Cibrilla.

Yerdə qalan 5 futbolçu isə əslən azərbaycanlı. Yəni hansısa məqama görə ölkəmizə bağlılığı olanlar – Mehdi Cənnətov, Eldar Quliyev, Rüstəm Əhmədzadə, Rəhim Sadıxov və Qismət Alıyev.

Bu qədər adın arasında Azərbaycan futbolunun yetişdirdiyi isim hansıdır? “Qəbələ” akademiyasının məzunu olmuş Qismət Alıyev.

Digərləri Azərbaycan pasportuna sahib olmasına baxmayaraq, 2-si Ukrayna (Rüstəmlə Eldar), 2-si Rusiya (Rəhimlə Mehdi) futbol məktəbinin yetirmələridir.

İllərdir yığmalarda gördüyümüz mənzərəyə artıq Premyer Liqanın aparıcı klublarında da şahidlik etməkdəyik.

Meydana çıxan 11 futbolunun arasında 1-2 xalis azərbaycanlı, yəni ölkə futbol məktəbinin yetirməsini görəndə sevinirik.

Ölkənin tanınmış futbol simalarında olan, açıqlamalarında daim yerli futbolçuların inkişafının vacibliyindən danışan Rəşad Sadıqova bilərəkdən və ya bilməyərəkdən futbolumuzun acı üzünü göstərdiyinə görə xüsusi TƏŞƏKKÜR düşür.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı