Braziliyalı hücumçu "Qarabağ"a qarşı forma geyinməyəcək?

16 Aprel 2023 02:00 Zirə 661
Braziliyalı hücumçu "Qarabağ"a qarşı forma geyinməyəcək?

Azərbaycan Premyer Liqasının 30-cu turunun "Səbail"lə matçında (3:1) zədələnmiş "Zirə"nin hücumçusu Filipe Paxtman ən azı qarşıdakı turu buraxacaq.

Sportinfo.az xəbər verir ki, braziliyalı forvard matçın 68-ci dəqiqəsində meydana daxil olub və 85-ci dəqiqədə Dimitrios Çantakiasla əvəzlənib.

Bu gün MRT müayinəsindən keçəcək forvardın zədəsinin nə dərəcədə ciddi olub-olmadığı dəqiqləşəcək.

İlkin məlumata görə, Paxtman Premyer Liqanın 31-ci turunun "Qarabağ"la görüşündə meydana çıxmayacaq.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!