“Zirə”nin istədiyi yar idi, o da tapıldı!

15 Aprel 2023 14:00 Zirə 1 398
“Zirə”nin istədiyi yar idi, o da tapıldı!

Yeni transferlər dünən şou göstərdi.

Rəşad Sadıqovun qış fasiləsində «Zirə»yə aldırdığı Vladislav Kulaç ilk qolunu vurdu,

Eldar Quliyev isə ikinci dəfə fərqləndi. Rüstəm Əhmədzadəni də yeni transfer saymaq olar.

Mövsümlərarası fasilədə «Qarabağ»dan icarəyə götürülmüş hücumçu qol siftəsini «Səbail»lə oyunda etdi.

2023-ün ilk aylarındakı «Zirə» ilə sezonun başındakı «Zirə» arasında fərqi görməyən gərək özünü «ekspert» adlandırmasın.

Komanda bu müddəti boşa verməyib, oyun planında bir xeyli irəli gedib. İndi rahatlıqla və əminliklə deyə bilərəm ki, «Zirə» yaxşı oynayır.

Monoton tərzindən imtina edən «Zirə»nin qələbəyə can atması, istəkli olması hər halından bəlli olur.

Sözsüz, ifaçıların individual keyfiyyətləri mühüm məsələdir. Rəşad Sadıqov yarımmüdafiə və hücum xəttinə belə isimlər tapa bilib, nəhayət.

Kulaç və Quliyevin transferləri ilə o, «Zirə»yə çox şey qazandırıb. Üçüncü zonaya da bu cür səviyyəli adlar cəlb etsə, düşünün ki. nə olar! Gül kimi komanda.

«Zirə»nin «axil dabanı» müdafiə zonasıdır. Arxa xəttin problemləri o qədərdir ki! «Zirə» əsasən bu mövqenin zəifliyi ucbatından cari mövsüm «n» qədər xal itirib.

Şər deməsək, xeyir gəlməz - «Zirə» avrokuboklardan kənarda qalsa, Rəşad Sadıqov qapıçı və müdafiəçilərin hamısını xalçanın altına süpürəcək.

KAMİL

Xəbər Lenti
16 Aprel 18:10 Çək və bizə göndər!
16 Aprel 11:20 "Qarabağ" səssiz qaldı