
"Zirə"nin legioneri Mohamed Hamdauinin zədəsinin ciddi olduğu aşkarlanıb.
Sportinfo.az xəbər verir ki, həkim müayinəsindən keçən niderlandlı yarımmüdafiəçinin təxminən üç həftə yaşıl meydanlardan uzaq qalacağı bildirilib.
Hamdaui Premyer Liqanın 29-cu turunun "Qəbələ" ilə görüşündə zədələnərək meydanı 22-ci dəqiqəqdə tərk etmişdi.
Niderlandlı futbolçunun "Zirə" ilə müqaviləsi 2023-cü il iyunun 30-da başa çatacaq.