Orxan Məmmədov "Zirə"dən hansı nəticəni istəyir?

12 Aprel 2023 00:30 Zirə 1 044
Orxan Məmmədov "Zirə"dən hansı nəticəni istəyir?

"Zirə"nin fəxri prezidenti Orxan Məmmədov açıqlama verib.

Sportinfo.az xəbər verir ki, o, komandanın çıxışını dəyərləndirib.

Məmmədov məqsədlərinin avrokuboklarda iştirak etmək olduğunu deyib:

"Zirə" olaraq hər il yüksək yerlər uğrunda mübarizə aparırıq. Məqsədimiz ən azından avrokuboklarda iştirak etməkdir.

Ötən mövsümü uğurlu başa vurduq. Çempionatda üçüncü yeri tutduq, ölkə kubokunun finalında oynadıq.

Yalnız penaltilərlə ölkə çempionu "Qarabağ"a uduzduq. Keçən il bizim üçün qənaətbəxşdir.

Bu sezona gəldikdə, məqsədimiz yenə avrokuboklara vəsiqə qazanmaqdır. Şansımız hələ də var.

"Qəbələ" hazırda bizim elə əsas rəqibimizdir. İnanırıq ki, müsbət nəticə olacaq və mövsümün sonunda avrokuboklara vəsiqə qazanacağıq".

Digər Xəbərlər
Xəbər Lenti
12 Dekabr 18:10 Çək və bizə göndər!