"Bizim oyunlarda qırılma nöqtələri çoxdur"

7 Aprel 2023 20:10 Zirə 555
"Bizim oyunlarda qırılma nöqtələri çoxdur"

"Zirə" Azərbaycan Premyer Liqasının 29-cu turunda səfərdə "Qəbələ"yə 1:2 hesabı ilə məğlub olub.

Sportinfo.az xəbər verir ki, matçdan sonra təşkil olunan mətbuat konfransında "qartallar"ın baş məşqçisi Rəşad Sadıqov jurnalistlərin suallarını cavablandırıb:

- Matçı şərh etmək bir az çətindir. Bilirdik ki, ağır oyun olacaq. Hər şey istədiyimiz kimi gedirdi. Yaxşı qol imkanlarımız var idi. Qol buraxdıqdan sonra oyunumuzu davam etdirib hesabı bərabərləşdirdik. Sonda ani diqqətsizlikdən rəqib fərqlənib qələbə qazandı. Rəqibi təbrik edirəm. Biz də qələbəyə köklənmişdik.

- Komandanın uğursuz seriyasını dayandırmaq üçün nə çatmır?

- Əslində yaxşı başlamışdıq, rəqib ikinci qou vurana qədər oyun da yaxşı gedirdi. Buraxdığımız qollara artıq şərh tapa bilmirəm. Bilmirəm hansısa komanda bu qədər bu tip qollar buraxsın. Buraxdığımız qolların şərhi futbolun kənarındadır. Təhlükə olmayan yerdə qapıda qol görürük. Buraxdığımız topların 80 faizi bugünkü birinci qola bənzəyir. Bu gün qələbə qazanmaq üçün başqa nə etmək olardı, bilmirəm. Boş qapıdan müdafiəçi topu çıxardı, təkbətək epizodlarımız var idi. Əla oyun gedirdi və o cür qol buraxdıq. Bununla necə mübarizə aparacağımızı bilmirəm.

- Mövsümün əvvəlindən qapıçılarınız kobud səhvlər edir. Qışda yeni qolkiper transfer etmək olmazdı?

- Əslində axtarışlarımız var idi. Rəqabəti artırmaq üçün qapıçı transfer etmək istəyirdik. Amma istədiyimiz qapıçı olmadı. Olsaydı, hər hansı həmlə edərdik. Yerli oyunçu limiti də var. Çünki, sol cinah müdafiəçisi mövqeyində legioner oynadacaqdıq. Əvvəl Təmkin Xəlilzadə ilə Slavik Alxasov oynayırdı. Belə olan halda qapıda legioner oynada bilərdik. Bu dəyişiklikdən sonra düşündüm ki, qapıda legioner olsa, meydanda 4 əcnəbi oynada bilməyəcəyik.

- Baş verənlərdən bezməmisiniz?

- Yox. Sadəcə olaraq söz tapa bilmirəm. Yalandan nəsə danışmaq istəmirəm. Söhbət sırf buraxdığımız kobud səhvlərdən və vura bilmədiyimiz epizodlardan gedir. "Neftçi" və "Qəbələ"ni məğlub edə bilərdik. Dəyərləndirilməyən epizodlar istər-istəməz problem yaradır. Hücumameyilli heyət buraxmağa məcbur oluruq. Vaxtında fərqlənsəydik və uşaq səhvi etməsəydik, rəqib basqı altında olacaqdı. Bizim oyunlarda qırılma nöqtələri çoxdur. Təəsüf ki, bunların heç biri bizim xeyrimizə olmur. Səbr edib yolumuza davam edəcəyik.

- Avrokuboklara gedə bilməsəz, yayda heyətdə ciddi dəyişikliklər ola bilər?

- Uğursuzluq olandan sonra tək heyət yox, insan tutduğu vəzifə haqda da düşünməlidir.

- İstefa verəcəksiz?

- Söhbət istefadan getmir. Ümumiyyətlə deyirəm. Bu gün o haqda danışmaq istəmirəm. Mənim özüm üçün də nəticə vermək çox önəmlidir. Əgər uğursuzluq olsa, rəhbərliklə danışacağıq. Təbii ki, problemlər məndə olsa, mən heç bir yerdə ikiəlli yapışmamışam. Bu, həmişə belə olub, bundan sonra da belə olacaq. Hazırda bütün fikrimiz 4-cü yer uğrunda mübarizədədir.

- "Qəbələ" şəxsi oyunlarda üstünlüyü ələ keçirdi. Bu haqda nə deyə bilərsiz?

- Bəli. Şəxsi oyunlarda üstünlüyü ələ almaq üçün qələbə qazanmaq istəyirdik. Mütləq şəkildə "Qəbələ"ni xal fərqində üstələməliyik.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı