
Azərbaycan Premyer Liqasında XXVIII turun daha bir oyunu keçirilib.
"Report" xəbər verir ki, günün ikinci matçında "Neftçi" "Zirə"nin qonağı olub.
Qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb. "Ağ-qaralar"ın heyətində 12-ci dəqiqədə Kilan Lebon hesabı açıb. Onun komanda yoldaşı Kenni Sayef 70-ci dəqiqədə avtoqol müəllifi olub.
Bu nəticədən sonra xallarının sayını 57-yə çatdıran "Neftçi" üçüncü pillədə qərarlaşıb. "Qartallar" 38 xalla dördüncüdür.