Bu hücumçular nəyə lazımdır, o var da…

2 Aprel 2023 22:40 Zirə 874
Bu hücumçular nəyə lazımdır, o var da…

Mövsümün ilk üç dövrəsindəki oyunlarda «Zirə» «Neftçi»yə məğlub olmuşdu.

Dünənki matç əvvəlkilərdən fərqləndi.

«Zirə» rəqibinə növbəti dəfə uduzmamaq üçün hər şey etdi və maraqlıdır ki, yenə kameraların obyektivi Sertan Taşkına tuşlandı.

O, əsas heyətə az-az düşən futbolçulardandır. Bununla belə, aktivində artıq 6 qol var. Sertana aid fakt hücumçuların «iş»ini ortaya qoyur.

Əksər hallarda oyuna əvəzetmədən daxil olan müdafiəçinin Hamidu Keyta, Loris Bronyo, Rüstəm Əhmədzadə və digərlərindən daha çox fərqlənməsi götür-qoy eləmək üçün Rəşad Sadıqova mühüm əsas verir.

Bir Sertan Taşkın qədər olmayan hücum xəttindəkiləri yığıb harasa göndərmək lazımdır. Saxlamağın nə mənası, qatqıları azdır. Ara yerdə, qoy, havayı pul qazanmasınlar.

«Zirə» ötən gün mövsüm ərzində ən yaxşı oyunlarından birini keçirdi. Xoş oldu onları belə görmək.

Açığı, darıxmışdıq hücum futbolu sərgiləyən «Zirə»ni izləmək üçün. Bu güc var komandada. Sadəcə, inanmaq lazımdır. İnam olan yerdə hər şey etmək mümkündür.

Eldar Quliyev kimi futbolçuların sayı çox olsa, Rəşad Sadıqov istədiyi taktikanı daim tətbiq edəcək, day məcbur qalıb arxadan oyun qurmayacaq.

MUSA

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!