Rəşad Sadıqov istədiyi futbolçuları... Keyfiyyət gətirən Ukrayna azərbaycanlısə

2 Aprel 2023 19:10 Zirə 699
Rəşad Sadıqov istədiyi futbolçuları... Keyfiyyət gətirən Ukrayna azərbaycanlısə

Bir məşqçi hər nə qədər güclü mütəxəssis olsa da, əlinin altında yaxşı material yoxdursa, ciddi nəsə əldə etməsi çətin olur.

Bəli, sən rəqibi doğru analiz edə bilərsən, futbolçulara düzgün tapşırıqlar da verə bilərsən, amma onlar bunu doğru icra etmədikdən sonra nə təhlilin mənası qalır, nə də rəqibi zərərsizləşdirmək üçün seçilən düzgün taktikanın.

Bu fikirlər "Zirə" - "Neftçi" oyununun gedişində bir daha mənim üçün yəqin oldu. Eldar Quliyevin timsalında.

Bir keyfiyyətli futbolçu nə qədər fərq yarada bilərmiş.

21 yaşlı ukraynalı 90 dəqiqə "Neftçi"yə problem yaratdı. Verdiyi ağllı ötürmələri, seçdiyi düzgün mövqeyi və etdiyi müdaxilələri ilə.

İlk hissədə Keyta ilə Rəhim Sadıqovun paslaşması bütün "Neftçi" cəbhəsini pərən-pərən saldı. Son anda Emin Mahmudovun kritik müdaxiləsi qola mane oldu. Hücumun startı Rəhimin kritik müdaxiləsi ilə aldığı topla başlamışdı.

Bir başqa epiozodda hər kəsin ağlının əksinə verdiyi ötürmə ilə Keytanı növbəti dəfə Brkiçlə duelə yolladı. Amma fransalı yenə fürsəti boşa verdi.

Ümumiyyətlə, yeni "6 nömrə"nin varlığı Rəhim və Keytanın əl-qolu bir xeyli açmasına səbəb olub.

Tək özü oynamır, həm də onların oynamasına, özlərini rahat hiss etməsinə şərait yaradır.

Aşağı-yuxarı "Zirə"nin bütün hücumlarında Eldarı görə bilərik. Qısa müddətdə "açar oyunçu" olmağı bacarıb.

Deyəsən, Sadıqov istədiyi tərzdə futbolçuları xırda-xırda aşkara çıxarmaqdadır. Düzdü, zaman gedir, ancaq ortada iş olduğun da qeyd etməmək insafdan olmaz.

Ukrayna U21 millisində çıxış edən Azərbaycan əslli Quliyev bu sürətlə inkişaf etsə, onu Ukrayna millisində oynamaq istəyindən vaz keçirtmək elə də asan olmayacaq.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!