
Gənclər və idman naziri Fərid Qayıbovun müavini Mariana Vasilyevanın həyat yoldaşı Kamen Vasilyev «Zirə»dəki fəaliyyətini dayandırıb.
2015-ci ildən bəri qəsəbə klubunda çalışan, bu müddətdə müxtəlif vəzifələr tutan bolqarıstanlı buradan problemsiz ayrılıb.
O, sadəcə, başqa yerdən dəvət aldığı üçün bu addımı atıb. Balkanlı mütəxəssisin tezliklə yeni təyinatının açıqlanması gözlənilir.
SPORTİNFO.AZ