“Az qala boğulurdum” – Gəncədə üzləşdiyi problemi nəql etdi

11 Mart 2023 23:20 Zirə 853
“Az qala boğulurdum” – Gəncədə üzləşdiyi problemi nəql etdi

“Bura qələbə dalınca gəlmişdik. Hava şərtləri və meydan amili istəyimizə çatmağa mane oldu”.

“Kəpəz” – “Zirə” matçından sonra qonaqların hücumçusu Eldar Quliyev oyunla bağlı Sportinfo.az-a açıqlama verib.

Kifayət qədər maraqlı keçən qarşılaşmada komandalar hərəyə 1 dəfə fərqlənsə də, gəncəlilər qol şanslarını sağa-sola xərcləməklə qələbəni əldən verdi.

82-ci dəqiqədə meydan sahiblərinin qapısına təyin olunan penalti isə tura damğa vurdu.

Eldar 3 xalı bayram edə bilməməkdə hava şəraitini xüsusi qeyd edib:

“Ola bilsin bəzi futbolçular bu cür havada oynamaqdan zövq alır. Mən daha çox yağışlı və çiskin havada qaçmağı xoşlayıram. Bu gün az qala boğulurdum.

“Kəpəz” Gəncədəki görüşlərdə xoş təsir bağışlayırdıq. Bizi çətin oyun gözlədiyini bilirdik. Buna baxmayaraq, qələbə qazanacağımıza inanırdım.

Oyun başa çatandan sonra baş məşqçimiz bizimlə söhbətdə 2 xal itirmədiyimizi, əksinə, 1 xal qazandığımızı bildirdi”.

Premyer Liqanın 26-cı turunda baş tutan “Kəpəz” – “Zirə” matçı 1:1 hesabı ilə başa çatıb.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti