
"Zirə"nin qış transfer pəncərəsində heyətinə qatdığı Abbas İbrahim Azərbaycan Premyer Liqasında debüt edib.
Sportinfo.az xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçi 26-cı turda "Kəpəz"lə səfər oyununda oyun şansı alıb.
O, sözügedən görüşün 2-ci hissəsində ehtiyatdan meydana daxil olub.
Abbas qışda "Zirə" ilə 2,5+1 illik müqavilə imzalayıb. Daha sonra zədələnən nigeriyalı çempionatımızda oynamaq şansı tapmamışdı.