Azərbaycanlı baş məşqçi ən böyük pulu oğlunun transferinə ayırdı

4 Mart 2023 09:40 Zirə 1 253
Azərbaycanlı baş məşqçi ən böyük pulu oğlunun transferinə ayırdı

«Səbail»in baş məşqçisi Şahin Diniyev oğlu Coşqun Diniyevi öz yanına gətirmək üçün kifayət qədər böyük büdcə ayırıb.

Bayıl təmsilçisi 2 ildir «Zirə»nin formasını geyinən yarımmüdafiəçiyə 150 min manat ödəməyi öz üzərinə götürüb.

Maraq üçün deyək ki, «dənizçilər» son üç mövsümdə bu qədər pulu heç bir yerli futbolçuya verməyib.

Coşqun «Zirə»də göstərilən rəqəmdən xeyli aşağı pul qazanıb. İndi isə o, «Səbail»lə 2 illik müqavilə bağlamağa hazırlaşır.

SPORTİNFO.AZ

Xəbər Lenti