Rəşad Sadıqovun ən yaxşı transferlərindən biri – O, formada olarsa…

2 Oktyabr 2022 19:00 Zirə 927
Rəşad Sadıqovun ən yaxşı transferlərindən biri – O, formada olarsa…

Ötən tur evdə «Qarabağ»dan 1:7 hesablı məğlubiyyət alan «Zirə»nin Tovuz səfərinə necə yollanacağı, debütant olmasına baxmayaraq, ilk turlardan çempionata rəng qatmağı bacaran «Turan» önündə nə edəcəyi çox böyük maraq doğururdu.

Burada istənilən nəticə qeydə alına bilərdi və Rəşad Sadıqov hər üç varianta hazır idi.

Qapısında erkən qol görən «Zirə»nin «Qarabağ» şokundan ayılmadığı, hələ də o oyunun təsiri altında qaldığı hiss olunurdu.

Ta ki, Coşqun Diniyevin uzaq məsafədən endirdiyi zərbə Tərlan Əhmədlinin qoruduğu qapının torunu silkələyənə kimi.

Hə, ondan sonra «Zirə» dəyişdi. İnamlı təsir bağışladı, basqını və sürəti artırdı. Topa nəzarəti tədricən ələ keçirdi, ortaya fərq qoydu

. Hamidu Keytanın dubla imza atması, şübhəsiz, Rəşad Sadıqovu ikiqat sevindirdi. Axı fransalı hücumçu onun ən yaxşı transferlərindən biridir.

Öncə cəza, ardınca zədə üzündən formasını bərpa etməyə çətinlik çəkən Keyta «Zirə»yə çox lazımdır. Özündə olduğu, oyunu alındığı gün Keytanın önünü kəsmək çətin məsələdir.

Fürsətcil və ayaqlarına hakim biridir. Fransızın Rəhim Sadıxovla tandemi yaxın gələcəkdə «Zirə»ni daha da güclü edəcək.

Xeyli müddətdir milliyə çağırılmayan Rəhim «Zirə»nin yeni lideri olmaq yolunda irəliləyir.

Görünən odur ki, Rəşad Sadıqov həyatın hər anını ona başa salmaq üçün zamanını əsirgəmir.

MUSA

Digər Xəbərlər
Xəbər Lenti