Rəşad Sadıqov: "Çox darıxmışdım" - VİDEO

2 Oktyabr 2022 09:20 Zirə 620
Rəşad Sadıqov: "Çox darıxmışdım" - VİDEO

Premyer Liqanın 8-ci turunun "Turan Tovuz" - "Zirə" matçından sonra qonaq komandanın baş məşqçisi Rəşad Sadıqovun mətbuat konfransında keçirilib.

Sportinfo.az xəbər verir ki, Sadıqov qələbənin vacibliyindən söz açıb:

"İlk növbədə tovuzlu azarkeşləri salamlayıram. Onların qarşısında çıxış etmək üçün çox darıxmışdım. Bu şəhərə, kluba xüsusi sevgim var.

Qazandıqlarımın çoxunu onlara borcluyam. İlk addımları burada atmışam və komanda, azarkeşlər mənə böyük dəstək olub. Onların qarşısında çıxış etmək həyəcanlı idi.

Oyuna gəldikdə, vacib qələbə qazandıq. Son oyunda gözlənilməz və ağır məğlubiyyət almışdıq.

Bu qələbə bizim üçün çox önəmli idi. Oyundan sonrakı zaman ərzində futbolçularım məşqlərdə çox istəkli oldular.

"Qarabağ"a məğlubiyyəti unudub irəli baxırdılar. Bunun da bəhrəsini oyunda gördük. Ağır oyun alındı.

Ayxan Abbasov çox təcrübəli məşqçidi, çox güclü və möhkəm kollektiv formalaşdırıb. Hava şəraiti də çox ağır idi. Erkən saatlarda, sünii örtüklü meydanda oynayırdıq.

Oyun istədiyimiz kimi başlamışdı. Amma rəqibin qolundan sonra hesabda geri düşdük.

Buna baxmayaraq, futbolçularımız düzgün reaksiya verdilər, dərhal hücuma atılıb, qollarımızı vurduq. Çox vacib qələbə oldu.

Futbolçularımı, rəhbərliyi, azarkeşləri təbrik edirəm. Yol uzaq olsa da, bizi dəstəkləmək üçün çox azarkeş gəlmişdi. Onlara ayrıca təşəkkür edirəm".

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu