"Zirə"dən transferə çıxarılan iki futbolçu ilə bağlı YENİ AÇIQLAMA

28 Sentyabr 2022 10:40 Zirə 1 526
"Zirə"dən transferə çıxarılan iki futbolçu ilə bağlı YENİ AÇIQLAMA

«Bu futbolçuların dönüşü müzakirə mövzusu deyil».

Bu sözləri Sportinfo.az-a açıqlamasında «Zirə»nin mətbuat xidmətinin rəhbəri Elmar Abdullazadə deyib.

O, 1 ay öncə əvəzedici heyətə göndərilən Təmkin Xəlilzadə və İlkin Muradovun əsas komandaya qaytarılmasının gündəmdə olmadığını bildirib:

«Hər ikisi «dubl»da məşqə və oyuna çıxır. Heç bir problem yoxdur. Bilirsiz ki, klubumuz onları transferə çıxarmışdı.

Əgər Təmkinlə İlkin hazırda əvəzedici komandamızın düşərgəsindədirsə, deməli, onlara görə ciddi təklif almamışıq.

«Transfer pəncərəsi» də artıq bağlanıb. Bu da o deməkdir ki, hər iki futbolçu ən azı qış fasiləsinədək burada qalacaq».

Xəbər Lenti