“Sonluğun bizim üçün yenə yaxşı olacağına inanıram“

25 Sentyabr 2022 23:40 Zirə 377
“Sonluğun bizim üçün yenə yaxşı olacağına inanıram“

“Fikrimcə, daha çox komandanın olması yaxşıdır“.

Bu sözləri Sportinfo.az-a açıqlamasında Dmtrios Çantakias deyib.

Yunanıstanlı müdafiəçi Premyer Liqada klub sayının 10-a yüksəlməsinin çempionata marağı artırmasına diqqət çəkib:

”Futbol rəqabəti sevir. Hazırkı çempionat daha gərgin və maraqlı keçir. Azərbaycana gəldiyim gündən avrokuboklarda oynamaq istəmişəm.

İlk mövsümdə uğur qazana bilmədik. Amma ötən mövsüm çempionatda üçüncü olduq və ölkə kubokunun finalına yüksəldik.

Konfrans Liqasının II təsnifat mərhələsində "Makkabi"yə (Tel-Əviv) uduzsaq da, hər iki matçda yaxşı oynamışdıq. Bu mərhələni keçə bilərdik.

Statistikaya nəzər salsaq, çox yaxşı iş ortaya qoyduğumuzu görə bilərik. Mövsümün necə davam edəcəyi bizə də maraqlıdır.

Hər halda "Zirə" Premyer Liqanın iddialılarından biridir və ruhdan düşmədən mübarizə aparacağıq. Sonluğun bizim üçün yenə yaxşı olacağına inanıram ".

Xəbər Lenti