Rəşad Sadıqav motivator oldu: "İstəyirəm gəlib deyəsiz ki…"

14 Sentyabr 2022 14:00 Zirə 480
Rəşad Sadıqav motivator oldu: "İstəyirəm gəlib deyəsiz ki…"

Premyer Liqanın son 2 turunda qələbə qazanan «Zirə» turnir cədvəlində mövqeyini xeyli yaxşılaşdırıb.

«Qəbələ» ilə «Səbail»i üstələyən «qartallar» hazırda 10 xal malikdir və «Turan Tovuz»la birgə 4-5-ci pillələri bölüşdürür.

Qəsəbə təmsilçisinin bu yüksəlişi təsadüfi deyil. Rəşad Sadıqov motivasiyanı artırmaq üçün futbolçulara psixoloji dəstək verib.

O, komanda üzvləri ilə keçirdiyi iclasda «Mən istəyirəm ki, hamınız bir nəfər kimi meydanda döyüşəsiz, heç kimdən və heç nədən çəkinməyəsiz. Gəlib deyəsiz ki, mən oynamaq istəyirəm. Xarakter göstərən, formanı əynindən çıxarmamaq üçün hər şey edən futbolçulardan xoşum gəlir» deyib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti