"Sportinfo"ya AÇIQLADI: “Rəşad Sadıqovu qucaqladım ki..."

13 Sentyabr 2022 16:40 Zirə 968
"Sportinfo"ya AÇIQLADI: “Rəşad Sadıqovu qucaqladım ki..."

"Zirə" mövsümdə ikinci qələbəsini son turda "Səbail" üzərində qazandı (2:1).

Bayılda kifayət qədər gərgin keçən oyunda qonaqlar 3 xalı aktivinə yaza bildi.

Bunda komandanın mərkəz müdafiəçisi Dimitrios Çantakiasın xüsusi əməyi oldu.

Belə ki, "Zirə"nin ilk qolu məhz yunanıstanlı legionerin baş zərbəsindən sonra tora qovuşdu.

Onun çıxış etdiyi mövqeyi nəzərə alsaq, qola çılğıncasına sevinməsini normal qarşılaşamalıyıq. A

ncaq elladalının baş məşqçi Rəşad Sadıqovun yanına getməsi, uşaq kimi çalışdırıcını qucaqlaması diqqətdən qaçmadı. Maraqlıdır, belə sevincin xüsusi səbəbi varmı?

27 yaşlı əcnəbi futbolçu Sportinfo.az-a açıqlamasında suala belə cavab verib:

“Çoxdandır gözlədiyim bir şey idi. Qismət "Səbail"lə oyundaymış. Rəşad Sadıqov məni həm insan, həm də futbolçu kimi təkmilləşdirən bir məşqçidir.

Buna görə də ona mənim və komandam üçün etdiklərinə görə təşəkkür etmək istədim".

XANOĞLAN

Xəbər Lenti