"Sona qədər bunu etməyə çalışacağıq” - "Zirə"nin yunan legioneri

18 Sentyabr 2022 20:00 Zirə 384
"Sona qədər bunu etməyə çalışacağıq” - "Zirə"nin yunan legioneri

“Zirə”nin müdafiəçisi Dmitrios Çantakias Sportinfo.az-a açıqlama verib.

O, Premyer Liqanın 6-cı turunun “Səbail” ilə baş tutan matçını (2:1) şərh edib:

“Çox vacib oyun idi. Həm buna, həm də psixologiyamıza görə qələbə qazanmaq istəyirdik”.

“Dənizçilər” üzərində qazanılan 3 xal “qartallar”ın ardıcıl ikinci qələbəsini rəsmiləşdirdi. Yunanıstanlı legioner uğurlu seriyanı davam etdirməyə çalışacaqların bildirib:

“Bütün məşqlərdə çox çalışırıq və məqsədimiz bütün rəqibləri məğlub etməkdir. Və sona qədər bunu etməyə çalışacağıq”.

XANOĞLAN / SPORTİNFO.AZ

Xəbər Lenti