Rəşad Sadıqov: "Axtarırıq, tapsaq, götürərik" - VİDEO

12 Sentyabr 2022 02:30 Zirə 850
Rəşad Sadıqov: "Axtarırıq, tapsaq, götürərik" -  VİDEO

Sportinfo.az xəbər verir ki, "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Premyer Liqanın 6-cı turunun "Səbail" ilə oyunu (1:2) haqda sualları cavablandırıb.

- Çətin və vacib qələbə oldu. Bilirdik ki, "Səbail"ə qarşı burada hər bir rəqib çətinlik çəkir. Matç gərgin mübarizə şəraitində keçdi. Sevindirici tərəfi odur ki, iştirakımızla keçirilən bütün oyunlar maraqlı alınır. Düşünürəm ki, azarkeşlər üçün də bu oyunları seyr etmək maraqlıdı. Amma təbii ki, insan daha rahat qələbələrin olmasını istəyərdi. Ki, son dəqiqələrdə rəqibə hesabı dəyişmək üçün fürsət verməsən. Oyun çox şən başladı, hər iki qapıda qollar gördük. Ondan sonra yenə də fərqlənən tərəf biz idik. 2:1-dən sonra hər iki komandanın qol vurmaq şansı yaranmışdı. Futbolçularımı təbrik edirəm. Turnir cədvəlini nəzərə alsaq, vacib qələbə alındı. Özü də mövsümün əvvəlidi. İndi yığılan hər bir xal mövsüm sonunda çox dəyərli və vacib olacaq.

- Bir neçə oyundur ki, komanda hesabda önə çıxdıqdan sonra sanki antifutbol oynayaraq hesabı qorumağa çalışır. Bizə elə gəlir, yoxsa belədir?
- Antifutbol nədir ki? Müdafiə olunmaq antifutbol deyil. Antifutbol topu hara gəldi vurmaq deməkdi. Həm də 11 müdafiəyəmeyilli futbolçu ilə öz cərimə meydançana yığılırsan. Amma ev sahibi hesabda geridədirsə, böyük qüvvə ilə irəli atılırsa, məcbursan ki, müəyyən dərəcədə ehtiyatlı oynayaraq, rəqibin arxada verdiyi boşluqlardan istifadə edəsən. Bir az ehtiyatlı oynadıq, amma elə göstəriş yox idi. Təbii ki, bu da rəqibin ikinci hissədə böyük qüvvə ilə irəli atılmasına görə idi. Bəlkə də üçüncü qolu vursaydıq, oyun daha rahat gedərdi. İlk turlardan da görünür ki, bu il çempionat əvvəlkilərlə müqayisədə daha ağır keçəcək. Hər bir rəqib sona qədər mübarizə aparır. Bu gün "Səbail" 10 nəfərlə qalsa da, sona qədər oynadı.

- Amma özünüz də etiraf edərdiniz ki, ötən mövsüm "Zirə" daha baxımlı futbol oynayırdı...
- Bu barədə danışmaq istəmirəm.

- Sərtan Taşkın mövsümdəki üçüncü qolunu vurdu. Onun performansı sizi nə dərəcədə razı salır?
- Heyətdə çoxlu rotasiyalar edirik. Keçən il də belə olub, bu il də belədir. Rotasiyalar edirəm və bu da hər bir futbolçunu tonusda saxlamağa kömək olur. Sərtanın hazırda komandamızın bombardir olması adamı sevindirir. Digər tərəfdən isə ən çox qolu müdafiəçimizin vurması məyus edir. Futbolçularımızın hər biri formasını bərpa etdikdən sonra daha çox nəticə verə bilərlər.

- Sol cinah müdafiəçisinin yoxluğu hələ də görünür...
- Həmin mövqeyə legioner də düşünürük, axtarırıq. Azad agent statusunda olan futbolçu tapsaq, götürə bilərik. Olmasa da, Slavik Alxasov, Sərtan Taşkın, Qismət Alıyev oynaya bilər. Dimitrias Çantakiası da fərqli sistemdə orada oynatmaq mümkündü. Bunu bu gün də olmasa, gələcəkdə mütləq düzəltməliyik.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!