Rəşad Sadıqovun vaxtında atdığı addımın effekti

11 Sentyabr 2022 14:40 Zirə 706
Rəşad Sadıqovun vaxtında atdığı addımın effekti

Premyer Liqanın son 2 turu «Zirə» üçün uğurlu alındı.

Qəsəbə təmsilçisi «Qəbələ» və «Səbail» üzərində əldə etdiyi qələbələrlə xallarının sayını 10-a çatdırdı.

Bu nəticə ilə turnir cədvəlindəki mövqeyini bir qədər də yaxşılaşdıran «qartallar» hazırda «Turan Tovuz»la birgə 4-5-ci pillələri bölüşdürür.

Zirəlilərin bu yüksəlişi birbaşa Rəşad Sadıqov amili ilə əlaqədardır. Bütün gününü işinə sərf edən mütəxəssis inadının bəhrəsini görməyə başlayıb.

Zaman keçdikcə görürük ki, yerində atılan adam necə effektivdir.

İşdir, o, Təmkin Xəlilzadə ilə İlkin Muradovu həftələr öncə düşərgədən kənarlaşdırmasaydı, hazırda hadisələrin inkişafı fərqli – pis məcraya yönəlmişdi.

Sadıqov iki aparıcı fiquranta neqativlərindən ötrü cəza kəsməsəydi, komandadakı digər futbolçuların əl-ayağını yığışdırmaq mümkün olmayacaqdı, hərəsinin ağzından bir avaz gələcəkdi.

Təmkinlə İlkinin arxasınca getməyin təhlükəli olmasını anladılar. Hamısı özünü yığışdırdı. İlk 2-3 həftədəki «Zirə» ilə altıncı həftədəki «Zirə» arasındakı fərq çılpaq gözlə görüləcək qədər böyükdür.

Rəhim Sadıxov, Coşqun Diniyev və Sertan Taşkının oyunundakı artım komandanın ümumi performansına müsbət təsir etməkdədir.

Rəhim vurduğu qollarla, məhsuldar ötürmələrlə tədricən lider adına sahiblənir.

Sertan müdafiəçi olmasına rəğmən. 3 qolla «Zirə»nin ən məhsuldar üzvüdür.

Coşqun isə artıq ayağını sürümür, məsuliyyətli olub.

Xırdalıq kimi gəlməsin bu. Önəmli detallardır. İstənilən komandanın çıxışı bu kimi incəliklərdən asılıdır.

MUSA

Digər Xəbərlər
Xəbər Lenti