İsrail təmsilçisindən Azərbaycan klubuna yarım milyonluq təklif

9 Sentyabr 2022 23:40 Zirə 2 641
İsrail təmsilçisindən Azərbaycan klubuna yarım milyonluq təklif

İsrailin “Hapoel Beer Sheva” klubu “Zirə”nin futbolçusuna “elçi düşüb”.

Söhbət paytaxt təmsilçisinin yarımmüdafiəçisi Hamidu Keytadan gedir.

Adıçəkilən klub bu transfer üçün yarımmilyon maliyyə də ayırıb.

Amma “qartallar”ın çalışdırıcısı Rəşad Sadıqov əsas simalarından biri sayılan 27 yaşlı oyunçunu buraxmaq niyyətində deyil.

Ötən ilin qışından təmsilçimizdə çıxış edən Keyta “Zirə” formasında meydana çıxdığı 23 matçda 8 qol və 1 asistlə yadda qalıb.

Onun paytaxt təmsilçisi ilə növbətin ilin yayına kimi anlaşması var.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti