
"Zirə" yeni idarəçilik modelinə keçib.
Avqustun əvvəlində yaradılan Müşahidə Şurası İdarə Heyəti ilə əvəz olunub.
Bu, idarəetmə formasının daha da təkmilləşdirilməsi zərurətii ilə bağlıdır. "Zirə" PFK-nın fəxri prezidenti Orxan Məmmədov klubun İdarə Heyətinin sədri seçilib.
Müşahidə Şurasında təmsil olunan “AzFar Group” şirkətinin maliyyə direktoru Qabil Abdullayev, “Santral Elektrik” QSC-nin təsisçisi Fuad Rzayev, “Azərenerj” ASC-nin maliyyə departamentinin direktor müavini Fərid Cəfərov, veteran futbolçu Zaur Həşimov da burada yer alıb.
SPORTİNFO.AZ