"Zirə"lilər "Qəbələ"yə RƏHİM ETMƏDİ - FOTOREPORTAJ

6 Sentyabr 2022 03:00 Zirə 755
"Zirə"lilər "Qəbələ"yə RƏHİM ETMƏDİ - FOTOREPORTAJ

Azərbaycan Premyer Liqasında V tura yekun vurulub.

Sportinfo.az xəbər verir ki, turun son matçında "Zirə" "Qəbələ"ni qəbul edib.

"Dalğa Arena"dakı qarşılaşma nominal meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Hesabı 35-ci dəqiqədə penaltini dəqiq yerinə yetirən qonaqların yarımmüdafiəçisi İsnik Alimi açıb.

10 dəqiqə sonra "qartallar"dan Rəhim Sadıxov tarazlığı bərpa edib. Matçda son nöqtəni də Azərbaycan millisinin üzvü qoyub. 74-cü dəqiqədə fərqlənən yarımmüdafiəçi yekun hesabı müəyyənləşdirib.

3 oyunluq qələbə həsrətinə son qoyan "Zirə" xallarını 7-yə çatdıraraq, 6-cı pilləyə yüksəlib. Ardıcıl 2-ci məğlubiyyətini alan "Qəbələ" isə 9 xalla 4-cü sırada qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"