“Zirə” yenidən Mərdəkanada köçdü, dönüş “Qarabağ”la oyuna qaldı

3 Sentyabr 2022 18:00 Zirə 456
“Zirə” yenidən Mərdəkanada köçdü, dönüş “Qarabağ”la oyuna qaldı

"Zirə" Peşəkar Futbol Liqasına (PFL) rəsmi məktubla müraciət edib.

Qəsəbə təmsilçisi ev oyunlarını keçirdiyi Zirə İdman Kompleksinin stadionunun ot örtüyünün son yoxlamalar zamanı yararsız vəziyyətdə olduğunu bildirib.

"Qartallar" bununla bağlı Premyer Liqanın V turunun “Qəbələ” ilə matçının “Dalğa Arena”da keçirilməsini xahiş edib.

Stadionun vəziyyətini, Zirənin eyniadlı klubunun rəsmi müraciətini nəzərə alan PFL V turun görüşünün Mərdəkanda keçirilməsinə qərar verib.

Məsələ ilə bağlı “Qəbələ” İdman Klubu və oyunun keçirilməsinə cavabdeh olan digər qurumlar məlumatlandırılıb.

Sabahkı qarşılaşma saat 20:30-da başlayacaq.

“Zirə”dən Sportinfo.az-a verilən məlumata görə, arenanın qazonundakı çatışmazlıqlarının aradan qaldırılması üçün intensiv işlər görülür.

O da bildirilib ki, sentyabrın 18-də “Qarabağ”la 7-ci tur qarşılaşmasının Zirədə təşkili nəzərdə tutulub.

Digər Xəbərlər
Xəbər Lenti