Təmkin və İlkin səhvini başa düşdü, üzr istədi - "Zirə" onları bağışlayır…

3 Sentyabr 2022 14:00 Zirə 3 132
Təmkin və İlkin səhvini başa düşdü, üzr istədi - "Zirə" onları bağışlayır…

Premyer Liqanın ikinci turunda keçirilən «Sabah»la matçdan (1:3) sonra "Zirə"nin əsas komandasından uzaqlaşdırılan Təmkin Xəlilzadə və İlkin Muradov tezliklə geri dönə bilər.

Nizam-intizam kodeksinə uyğun hərəkətlər etmədikləri üçün əvəzedici heyətğə göndərilən və transferə çıxarılan futbolçular öz səhvlərini artıq başa düşüblər.

Yanlış davranışın fərqinə varan cütlük üzr istəyib və onlara bir daha şans verilməsini xahiş ediblər.

"Zirə"nin baş məşqçisi Rəşad Sadıqov "Neftçi" ilə matcdan sonra mətbuat konfransında bu haqda deyib:

"Ambisiyalı idmançıları sevirəm. Kimsə qarşısına məqsəd qoymursa, o zaman bunu düşünməlidir. Təmkin Xəlilzadə və İlkin Muradov ardıcıl səhvlər edirsə, əməkdaşlıq dayandırılmalıdır.

Gələcəkdə onlarla hansısa əməkdaşlığım ola bilər. Ardıcıl eyni səhvləri edən futbolçularla davam etmək mümkünsüzdür.

Ümumiyyətlə, futbolda üçüncü yeri qənaətbəxş sayan, zəif nəticədən sonra evdə heç nə olmamış kimi evdə istirahət edən futbolçu ambisiyalı ola bilməz".

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı