Rəşad Sadıqova SÖZ GÖNDƏRDİ: “Ona qardaş kimi demək istəyirəm ki...”

28 Avqust 2022 20:40 Zirə 2 807
Rəşad Sadıqova SÖZ GÖNDƏRDİ: “Ona qardaş kimi demək istəyirəm ki...”

“Rəşad Sadıqovun işini bəyənirəm“.

Bu sözləri Sportinfo.az-a açıqlamasında millinin keçmiş yarımmüdafiəçisi Kamal Quliyev deyib.

O, hazırda “Zirə“ni çalışdıran Rəşad Sadıqovla vaxtilə komanda yoldaşı olub. Həm yığmada, həm də “Neftçi“də.

Bilindiyi kimi, AFFA İntizam Komitəsi “Zirə”nin baş məşqçisi Rəşad Sadıqova xəbərdarlıq edib.

Xəbərdarlığa 40 yaşlı mütəxəssisin “Sumqayıt”a qarşı Premyer Liqanın III tur oyununda hakimlərin işinə nümayişkaranə şəkildə müdaxilə etməsi səbəb olub.

Qarşılaşma qolsuz bərabərliklə yekunlaşıb. Sadıqov görüşün sonlarında epizodların birində hakimlərlə mübahisə edib. Quliyev bu məsələ ilə bağlı Sadıqova səslənib:

"Düzdür, o, bir az emosionaldır, əsəbləşir, tez özündən çıxır. Ona qardaş kimi demək istəyirəm ki, əsəblərini korlamasın, sağlamlığına heyfi gəlsin, bunlar düzələn deyil”.

Kamal Quliyev məşqçi kimi “Neftçi” və “Şamaxı”da çalışıb, baş məşqçi qismində “Neftçala”nı iki dəfə I Divizionun çempionu edib.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti