"Rəşad Sadıqov normal oyunçulardan ibarət ansambl qurub"

28 Avqust 2022 17:40 Zirə 1 337
"Rəşad Sadıqov normal oyunçulardan ibarət ansambl qurub"

“Komanda hələ tam forma yığmayıb“.

Bu fikirlər Sportinfo TV-də yayımlanan "Futbol söhbəti" verilişinin aparıcısı Elçin Cəfərova məxsusdur.

Tanınmış ekspert “Zirə”nin Premyer Liqanın ilk 4 turundakı çıxışına toxunub. Deyib ki, qəsəbə təmsilçisi yeni mövsüm zəif başlayıb:

“Onların özünə gəlməsi üçün 8-9 tur gözləmək lazım olacaq. Hələlik sabit oyun nümayiş etdirmirlər.

Rəşad Sadıqov normal oyunçulardan ibarət ansambl qurub. Qalır formanı bərpa etmək və uğurlu nəticələr göstərmək”.

Digər Xəbərlər
Xəbər Lenti
26 Oktyabr 18:10 Çək və bizə göndər!
26 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM