“Zirə”də günün sualı - Nə etmək istəyirsiz?

27 Avqust 2022 14:00 Zirə 1 458
“Zirə”də günün sualı - Nə etmək istəyirsiz?

Rəşad Sadıqov tezliklə yenə bəzi addımlar atacaq.

Daha doğrusu, “Zirə”də “təmizlik işləri” aparmağa davam edəcək.

Təmkin Xəlilzadə və İlkin Muradovun ardınca daha 2-3 futbolçu düşərgədən uzaqlaşdırılmağa namizəddir. Mövsümün əvvəlində iki məğlubiyyət avrokuboklara iddialı komanda üçün çoxdur.

Bu minvalla “limit” tez tükənəcək, çün nələrsə düz getmir. Bunları aradan qaldırmaq, düzəltmək, nizama salmaq günün tələbidir.

Milçək bir şey deyil, amma ürək bulandırır. Xasiyyətcə bir yaramaz futbolçunun komanda içində olması kifayət edir ki, ətrafı “zibilləsin”.

Deyəsən, “Zirə”də belələrinin sayı bir-iki nəfərlə məhdudlaşmır, daha çoxdur.

Necə ola bilər ki, İsraildə ötən mövsüm kubokun finalında “Qarabağ”a anadan əmdiyi südü burnundan gətirən, ötən ay Konfrans Liqasında “Makkabi”yə İsraildə “əlcək atan” komanda birdən-birə bu qədər enişə keçsin?

Torpağı torba ilə daşımaq belə, bunca rahat və asan deyil.

Nə etmək istəyirsiz?- böyük ehtimal, Rəşad Sadıqov bu sualı futbolçularına verir. “Niyə” belə edirsiz” sualı ilə bərabər.

O, söhbəti çox uzatmayacaq, daha çox gözləməyəcək. Hər bir şeyin, hər bir işin bir həddi, sonu var.

Yumruğunun paltardəyişmə otağındakı dərin sükutu pozacağı gün bəlkə də bugündür...

MUSA

Xəbər Lenti
16 Aprel 18:10 Çək və bizə göndər!
16 Aprel 11:20 "Qarabağ" səssiz qaldı