Azərbaycan klubu Avropa çempionu olan ispaniyalı ilə danışıqlara başladı

27 Avqust 2022 09:40 Zirə 3 974
Azərbaycan klubu Avropa çempionu olan ispaniyalı ilə danışıqlara başladı

Rəşad Sadıqovun qərarı ilə əsas komandadan uzaqlaşdırılan Təmkin Xəlilzadənin yerinə "Zirə"də sol cinah üçün futbolçu axtarışları davam edir.

Paytaxt klubunun danışıq apardığı futbolçunun kimliyi bizə məlum olub.

Bu, ispaniyalı oyunçu Angel Martinezdi.

31 yaşlı cinah oyunçusu vətənində "Espanyol", "Departivo", "Saraqosa" kimi komandaların şərəfin qoruyub.

2018-ci ildən sonra ancaq legioner həyatı yaşayan futbolçu Yunanıstanda "Asteras", "Pas Lamia", Rumıniyada isə "Vilitorul"un formasın geyinib.

İspaniyanın U-17 və U-19 milli komandalarında da oynamış təcrübəli oyunçu hazırda azad agentdir.

Angel Martinezin 2008-ci il U-17 yığması ilə Avropa Çempionu olduğunu bildirək.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti