“Zirə” VİP-ləşir,  dəyişir, yenilənir...

24 Avqust 2022 17:40 Zirə 1 832
“Zirə” VİP-ləşir,  dəyişir, yenilənir...

“Zirə” sentyabrda doğma məkana dönəcək.

Zirə Olimpiya Kompleksinin stadionunda aparılan yenidənqurma bu ayın sonunadək başa çatdırılacaq.

Bir aydan artıqdır davam edən işlər hazırda həlledici fazaya daxil olub. Tribunaların oturacaqları dəyişdirilib, ümumi tutum isə olduğu kimi saxlanılıb.

Həmçinin VİP qonaqlar üçün nəzərdə tutulan “sky-box”ların sayı artırılıb. Bu həftə “Neftçi”nin sonağı olacaq “qartallar” sentyabrın 2-də “Qəbələ”ni elə Zirədə qəbul edəcək.

Qəsəbə klubunun Premyer Liqanın ilk turlarını Mərdəkanda - “Dalğa Arena”da keçirməsini xatırladaq.

SPORTİNFO.AZ

Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"