Rəşad Sadıqovu futboldan üzaqlaşdırmaq istəyən qüvvə - Son paylaşımın “arxa bağçası”: VİDEO

23 Avqust 2022 17:00 Zirə 1 551
Rəşad Sadıqovu futboldan üzaqlaşdırmaq istəyən qüvvə - Son paylaşımın “arxa bağçası”: VİDEO

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov “Sumqayıt”la keçirilən Premyer Liqanın 3-cü tur oyununun (0:0) VAR hakimi Nicat İsmayıllıya müraciət edib.

O, bununla bağlı özünün “instaqram” paylaşımında ədalət təmsilçisinin işindən narazılığını bildirib:

“79-cu dəqiqədə Məhəmməd Həmdui ilə Almir Aqanspahiçin toqquşmasına israrla penalti deyən, ondan bir saniyə əvvəl Sertan Taşkın və Vüsal İsgəndərli arasındakı mübarizədə qayda pozuntusunu baş hakimə göstərməyən VAR-da əyləşən Nicat qardaşım, bu epizodda heç bir qayda pozuntusu görmədin?

Heç olmasa, yalandan da olsa, baş hakimə bir də bu epizoda baxmağı təklif edərdin.

Yəni pauza yaranacaq deyə, narahat olmadığını oyunun 6 dəqiqəlik dayandırılmasında da hiss etdik və bir dəqiqə də bu epizoda getsəydi, heç nə olmazdı. Maraqlıdır ki, şərhçi Nurlan Valehoğlu qayda pozuntusunu gördü, amma Nicat görmədi”.

R.Sadıqov oyunsonrası mətbuat konfransında da bu haqda xeyli danışmışdı.

Bildirmişdi ki, “Zirə”yə qarşı hakim səhvləri ənənə halını alıb və VAR-ın tətbiqi də onların sayını azaltmayıb. Hətta etiraf edib ki, bundan sonra problemlərin daha çox yaranacağını gözləyir.

Sadıqovun mesajını necə başa düşək? Elə olduğu kimi. O, media önündə söylədiyi fikirlərlə rahatlıq tapmayıb, sosial şəbəkədə də eyni mövzu əıtrafında diskusiyanı davam etdirirsə, bu, “qızım, sənə deyirəm, gəlinim, sən eşit” mənasına gəlmir.

“Zirə”nin çalışdırıcısı açıq ehyam vurur ki, komandasına münasibətdə hakimlərin göstərdiyi qərəzin arxasında AFFA-nın gerçək idarəçiləri - özü FİFA-da vəzifə alsa da, əlini buradan çəkməyən Elxan Məmmədov dayanır.

Fritz Stuxlik gedib, Barış Şimşek gəlsə də, Hakimlər Komitəsinin fəaliyyətində yaxşılığa doğru addımlar atılmır, hər şey qaldığı yerdən davam edir.

Keçmiş VAR koordinatoru, yaxınlarda Peşəkar Futbol Liqasının prezidenti postunda Ramin Musayevi əvəzləyən Elxan Səmədov?

Onun hansı “cəbhə”yə qulluq etməsi bugünün özündə də mübahisə predmetidir. Səmədovun adaşının kadrı olmasını iddia edənlər də kifayət qədərdir,

AFFA-nı nəzarətə götürməyə hazırlaşan yeni qüvvəyə bağlılığını da. Hər bir halda bu, araşdırılmalır və bilinməlidir ki, Səmədovun hakimlərə təsiri var, yoxsa yalnız VAR-la məhdudlaşır.

“Zirə” ötən 2 mövsümdə “fit sahibləri”ndən çox zərbə alıb. Rəşad Sadıqov narahatdır ki, bu dəfə komandasını VAR-la “vuracaqlar”. Yerində kim olsa, bu cür fikirləşər.

Göz gördüyündən qorxar. Məlumatlı şəxsdir, çox yerdən xəbəri var, suyun axınından hiss edir ki, gedişat hara aparır, sonra nələr olacaq.

“Zirə”ni növbəti dəfə avrokuboklara buraxmamaq, bununla Rəşad Sadıqovun məşqçi reputasiyasına xələl gətirmək ən çox E.Məmmədovun marağındadır.

AFFA-nın sabiq icraçı direktoru nəvaxtdır onun arxasınca düşüb, üzünə gülə-gülə əleyhina kampaniya aparır.

Elxan Məmmədov maydan etibarən FİFA-nın Paris ofisində çalışır, lakin onun uzun illər Fransada yaşamaq və işləmək fikri yoxdur.

AFFA-ya prezident kimi qayıtmaq Məmmədovun ən böyük arzusudur və altdan-altdan bu məqsədinə çatmaqdan ötrü əlləşir.

O, Rəşad Sadıqovdan çəkinir, yollarının bir daha kəsişməsini istəmir.

Bunu ancaq bir vasitə ilə edə bilər: hakimlər. Komitəyə təsir rıçaqları güclüdür və “Zirə”yə yönəlik kampaniyanın davam etməsi Rəşad Sadıqovu danışdırır.

Həmin qalmaqallı görüntünü bu linkə daxil olaraq izləyə bilərsiz:

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı