"Hiss edirəm ki, VAR gələndən sonra daha böyük problemlər yaşanacaq"

21 Avqust 2022 23:20 Zirə 1 222
"Hiss edirəm ki, VAR gələndən sonra daha böyük problemlər yaşanacaq"

Azərbaycan Premyer Liqasının üçüncü turunun “Zirə” – “Sumqayıt” matçından sonra mətbuat konfransı keçirilib.

Sportinfo.az xəbər verir ki, ev sahiblərinin baş məşqçisi Rəşad Sadıqov matçla bağlı danışıb.

"Maraqlı oyunun şahidi olduq. Qol epizodlarımız var idi, sadəcə istifadə edə bilmədik. Rəqib "Qarabağ"a qarşı ciddi müqavimət göstərmişdi. Rəqibin əks-hücumlarının qarşısını ala bildik, oyuna nəzarət edən tərəf biz olduq. Son vuruşlarımız dəqiq alınmadı. Futbolçularımdan razıyam. Oyunu davam etdirib, üzərinə də qoysaq, hər hansı problem yaşamayacağıq.

- VAR-la bağlı fikriniz necədi?
- Keçən il də deyirdim, elə hiss edirəm ki, VAR gələndən sonra daha böyük problemlər yaşanacaq. Bu da isbatı. Baş hakimə həmin epizoddan qabaq Sərtan Taşkına qarşı olan kobudluq göstərilmirdi. Buna böyük elm lazım deyildi axı. Altı dəqiqə VAR-a görə dayanmaq olar? İki-üç saat oynayacağıq? 80-cı dəqiqədi 6 dəqiqə pauza verilir. Rəqib də istiahət edir. VAR-a qədər üstünlüyümüz var idi, ondan sonra "Sumqyaıt" əks-hücumlara çıxdı. Bununla bağlı qərar verilməlidi. Qərar 2-3 dəqiqədən gec verilməməlidi. Rəvan Hamzadadə danışanda, "toxunuşu görmüşəm" dedi. Amma VAR-dakı hakim epizoda gedib baxmağı tələb edirdi. Yaxşı olardı ki, VAR-da daha təcrübəli hakimlər otursun. Çünki həlledici məqamlar var.

- Təmkin Xəlilzadə və İlkin Muradovun transferə çıxarılması nə ilə bağlıdı?
- Müəyyən şeylər var ki, açıq müzakirə etmək olmur. Hər ikisinə mən hamıdan daha çox etimad göstərmişəm. Müəyyən səbəblar var idi, danışdıq belə qərar qəbul etdik. Yaxşı futbolçulardı, komandada görmək istəyərdim. Amma müəyyən səbəblər var ki, belə qərar qəbul edildi.

- İntizam məsələsidi?
- Mövsümün əvvəli hansı futbolçularla davam edəcəyinə qərar verirsənsə, mövsümün ortasında bu cür qərar qəbul edilirsə, demək ki, başqa məsələlərdi. Yəni, performansla bağlı deyil.

- Sanki komandanız daim hakim səhvləri ilə üzləşir...
- Bu məsələlər yorucudu. Hakim səhvləri hər yerdə olur, bəzən xeyrimizə də qərar çıxarıla bilər. Epizodlar çoxdu. Amma qabartmıram. VAR-dakı hakim niyə epizodu bir saniyə geri çəkmirdi? Ona da baxmaq lazımdı. Özü də VAR-da oturub. Sanki xətkeşlə kəsilmişdi həmin epizod. Ötən mövsüm haqsızlıqlar olmuşdu. 30 ildir ki, futboldayam və bəzən elə epizodlar olur ki, hakimin səhv edə biləcəyini görürsən. Amma Rəvan Həmzəzadə altı dəqiqə nə haqda danışırdı? Mən Rəvanın nə danışdığını eşidirdim. Amma VAR-dakı hakim tələb edirdi ki, getsin baxsın epizodun təkrarına.

- Təmkin Xəlilzadə ilə İlkin Muradovu icarəyə vermək fikriniz var?
- Buna klub rəhbərliyi qərar verəcək. Hər ikisinə xeyli şans vermişik. Qarşılığında da nələrsə olmalıdı.

- Hansısa qarşıdurma ola bilər?
- Xeyr, heç bir qarşıdurma yoxdu. Biz ailə kimiyik, hamısına böyük qardaş olmuşam. Xüsusilə də yerli futbolçulara. Onlara qayğı göstərmişəm və qarşılığında müəyyən şeylər gözləyirəm. Qarşılığını almadıqda isə məyus oluram. Tələblərinə uyğun gəlmirsə və bu, uzun müddət davam edirsə, müəyyən qərarlar qəbul edirsən. Məsələn, mən indi sol müdafiəçi axtarıram. İndi təkcə, Slavik Alxasov var sol cinah müdafiəçisi. Özüm üçün də çətindi.

- "Sumqayıt" oyunboyu müdafiə olunurdu. Belə olacağını ehtimal edirdiz?
- Düzünü deyim, "Sumqayıt"ın oyunu bu qədər müdafiədən quracağını gözləmirdim. Çünki heyətlərində yaxşı futbolçular var. Onların "Qarabağ"a qarşı oyun planı uğurlu alınmışdı. Ona görə də buna hazır idik. Heyət də demək olar ki, eyni idi. Biz dominantlıq etdik, sadəcə bunu nəticəyə çevirə bilmədik. Yetərincə təcrübəm var. Bilirəm ki, oyun yoxdursa, çətindi. Amma oyun varsa, nəticə gələcək. Rahat olmaq lazımdı, oyunumuzu düzəltsək, hər şey yerini tapacaq.

- Sizcə, hücumçuya ehtiyac var?
- Gedişata baxırıq. Bəzən sərbəst oyunçular da tapmaq mümkündü. Hücum xəttini gücləndirəcək oyunçu təklifi olunsa, razılıq əldə edilsə, istəyərik. Oyunların sayı çoxdu. Mütləq heyəti genişləndirmək lazımdı.

Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"