“Mançester Siti”də yetişən hücumçu “Zirə”yə təklif olundu

21 Avqust 2022 16:40 Zirə 1 305
“Mançester Siti”də yetişən hücumçu “Zirə”yə təklif olundu

Ötən mövsüm Polşa çempionatında çıxış etmiş Yao Yeboa “Zirə”yə təklif olunub.

Bu barədə Sportinfo.az-a millimizin sabiq hücumçusu Ruslan Qurbanov məlumat verib.

Hazırda klubsuz olduğu üçün menecerlik sahəsində ilk addımlarını atmağa başlayan yımanın keçmiş üzvü qanalı forvardı Azərbaycana gətirməyə çalışdığını söyləyib:

“Zirə”yə son 20 oyunda 12 qol vurmuş qanalı hücumçunu təklif etmişəm. 25 yaşı var, Qana millisinə çağırılır.

Meneceri mənə çıxmışdı, bildiyimə görə, Rəşad Sadıqov da keçidində maraqlıdır. Sadəcə, özüm bu haqda danışmıram ki, insanlar pula görə nəsə etmək istədiyimi düşünər”.

“Mançester Siti”nin yetirməsi olan afrikalı ötən “futbol ili”ni “Visla”da (Krakov) keçirib. Kolumbiyadan “Kolumbus”la danışıqlar aparan qanalı daha əvvəl Fransada “Lill”in şərəfini qoruyib.

Ardınca Niderlanda yollanıb, “Tvente” ilə anlaşıb. “Mançester Siti” onu 1 il sonra “Real Ovyedo”ya icarəyə verib.

2018-2020-ci illərdə “Numansiya” və “Selta II”nin formasını geyinməyə də imkan tapıb.

Digər Xəbərlər
Xəbər Lenti