Azərbaycanın hansı klubu "Liverpul"da oynamış hücumçunu transfer edib? - VİDEO

20 Avqust 2022 00:50 Zirə 2 154
Azərbaycanın hansı klubu "Liverpul"da oynamış hücumçunu transfer edib? - VİDEO

"Zirə"nin bu yay heyətinə qatdığı futbolçulardan biri də Toni Qomes oldu.

Sportinfo.az xəbər verir ki, “Liverpul”un sabiq forvardı Türkiyədən ayrılaraq Azərbaycanın yolunu tutdu.

23 yaşlı hücumçu vaxtilə “Liverpul”a məxsus olsa da, bir rəsmi matçda meydana çıxmayıb. O, İngiltərədə “Forest Qrin Rovers”, Portuqaliyada “Aruka”da çıxış etdikdən sonra Misirə yollanıb.

Müvafiq olaraq “Haras El Hodud”, “Talae El Qaiş” forması geyinmiş Qomes ardınca Avropaya qayıdaraq, bu dəfə “Menemenspor”la müqavilə imzalayıb.

Əslində, Qomesin yeni mövsümə Türkiyə birinci liqasında başlayacağı gözlənilirdi. Çünki o, “Tuzlaspor”la anlaşmışdı.

Amma sonradan forvard “Zirə”yə keçməyə razılıq verib. O, hücum xəttində sol, sağ və mərkəz hücumçusu kimi çıxış edə bilir.

Qomesin matçlar zamanı göstərdiyi performansından ibarət videonu təqdim edirik.

Xəbər Lenti