Etimadı doğrultmayan Təmkinlə İlkinə daha bir zərbə!

19 Avqust 2022 20:40 Zirə 2 300
Etimadı doğrultmayan Təmkinlə İlkinə daha bir zərbə!

“Sabah”a məğlubiyyətdən sonra (1:3) “Zirə” iki futbolçunu transferə çıxarması ilə bağlı məlumat yaydı.

Təmkin Xəlilzadə ilə İlkin Muradovun baş məşqçi Rəşad Sadıqovun qəzəbinə tuş gəlməsinin dəqiq səbəbini bilməsək də, məsələnin kökündə futbolçuların zəif çıxışı və daxili iclasda intizam qaydalarını pozmaları ehtimal olunur.

Təmkinlə İlkinin karyerasını Premyer Liqanın hansı klubunda davam etdirəcəyi hələ ki, sual altındadır. İndiki məqamda bilinən budur ki, onlar əvəzedici komandanın heyətində məşq edir. Çünki “qartallar”la müqavilələri davam edir.

Aldıqları zərbə təkcə əsas komandadan uzaqlaşdırılmaları deyil.

Sportinfo.az-ın əldə etdiyi məlumata görə, səbəbkarların maaşı da azaldılıb.

Bağlanan müqavilədəki məbləğ əsas komandanın heyətindəki çıxış üçün nəzərdə tutulduğundan, “Zirə-2”nin sıralarında olduqları üçün daha az məvaciblə razılaşmaq məcburiyyətindədirlər.

Bu barədə klubdan onların özlərinə də məlumat verilib.

HƏBİB / SPORTİNFO.AZ

Xəbər Lenti