Bu klub Təmkin Xəlilzadə və İlkin Muradovu icarəyə götürür

19 Avqust 2022 13:00 Zirə 3 443
Bu klub Təmkin Xəlilzadə və İlkin Muradovu icarəyə götürür

«Zirə»nin transferə çıxardığı İlkin Muradov və Təmkin Xəlilzadə karyerasını, böyük ehtimalla, eyni klubda davam etdirəcək.

«Şamaxı» adlarını çəkdiyimiz müdafiəçi və yarımmüdafiəçini icarəyə götürməyə hazırlaşır.

Bu məqsədlə tərəflər arasında danışıqlara start verilib. Əyalət klubu onların əməkhaqqısını tamamilə ödəyə bilmir.

Xüsusən Xəlilzadənin maliyyə şərtləri yüksəkdir. «Şamaxı» istəyir ki, «Zirə» də bu ikilinin maaşının bir hissəsini qarşılasın.

Cütlüyün keçidi dəqiqləşənə kimi əvəzedici komandada qalacaqlar. Klubun mətbuat xidməti baş məşqçi Rəşad Sadıqovun bu gözlənilməz qərarınının səbəblərini açıqlamayıb.

Redaksiyamıza daxil olan informasiyaya görə, sərt tədbirə səbəb Təmkinlə İlkinin Premyer Liqanın ilk 2 turunda potensiallarından qat-qat zəif təsir bağışlaması, məşqçilər korpusunun dəfələrlə etdiyi xəbərdarlığa rəğmən, bundan nəticə çıxarmamasıdır.

“Sabah”la qarşılaşma (1:3) səbr kasasını daşırıb. “Zirə” istənilən halda bu ikilini göndərməyə qərarlıdır.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti