Ölkəsindən təklif gəldi, daha yaxşı şərtlərlə burada qalmağı seçdi

19 Avqust 2022 10:40 Zirə 932
Ölkəsindən təklif gəldi, daha yaxşı şərtlərlə burada qalmağı seçdi

Bilindiyi kimi, "Zirə" Dimitrios Çantakiasla müqavilənin müddətini artırıb.

27 yaşlılegionerlə 2 illik yeni sözləşmə imzalanıb. Yunanıstanlı müdafiəçi ilə müqavilənin müddəti 2024-cü ilin may ayının sonuna qədər nəzərdə tutulub.

Çantakias 2020-ci ildən "Zirə"dədir. O, son mövsümdə "qartallar"ın heyətində meydana çıxdığı 28 rəsmi matçda 1 qol ötürməsi ilə yadda qalıb.

Qəsəbə təmsilçisinin elladalı ilə gələn ilin yayında bitəcək kontraktı indidən uzatmasının səbəbi onun Yunanıstandan və başqa ölkələrdən aldığı təkliflərlə bağlıdır.

Çantakiası düşərgəsində saxlamaq istəyən «qartallar» bu səbəbdən müqavilə şərtlərini də müəyyən qədər yaxşılaşdırıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 18:10 Çək və bizə göndər!
22 Aprel 11:00 Biri də sizin olsun…
22 Aprel 03:00 Nicat heç-heçə etdi
21 Aprel 22:55 Bəhanəyə yer qoymadı