«Zirə» Təmkin Xəlilzadə və İlkin Muradovdan sonra daha bir neçə futbolçusunu transferə çıxara bilər.
Baş məşqçi Rəşad Sadıqov yaranmış vəziyyətlə bağlı komanda üzvlərinə konkret xəbərdarlıq edib.
Ötən mövsüm «qartallar»a Premyer Liqanın bürünc medallarını qazandıran və avrokuboklarda iştirakın sevincini yaşadan gənc mütəxəssis narazılığını oyunçularının özlərinə bildirib.
Coşqun Diniyev bu siyahının başında gəlir. «Sabah»la son qarşılaşmada ciddi səhvləri ilə yadda qalan yarımmüdafiəçi artıq Rəşad Sadıqovun etibarını itirmək üzrə olmasından halidir.
Həmçinin bəzi yerli və legioner komanda yoldaşları.
SPORTİNFO.AZ