Namiq Ələsgərov "Sabah"da "siftə" etdi - FOTOREPORTAJ

14 Avqust 2022 03:00 Zirə 844
Namiq Ələsgərov "Sabah"da "siftə" etdi - FOTOREPORTAJ

Azərbaycan Premyer Liqasında II tura start verilib.

Sportinfo.az xəbər verir ki, "Zirə" "Sabah"ı qəbul edib və "Dalğa Arena"da keçirilən görüş qonaqların 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Hesab erkən qolla açılıb. Murad Musayevin baş məşqçi olduğu komanda Abdulaye Banın qolu ilə önə keçib. 26-cı dəqiqədə Cey-Lens Mikels fərqi 2 topa çatdırıb.

34-cü dəqiqədə "qartallar"ın müdafiəçisi Sertan Taşkın buraxılan qollardan birinin əvəzini çıxıb. Oyunda son nöqtəni isə 48-ci dəqiqədə Namik Ələskərov qoyub.

Ardıcıl 2-ci qələbəsini qazanan "Sabah" 6 xalla liderliyini möhkəmlədib. 3 xalı olan "Zirə" isə 5-ci pillədə qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti