"Zirə" məğlub oldu - YENİLƏNİB

29 İyun 2022 18:50 Zirə 1 109
"Zirə" məğlub oldu - YENİLƏNİB

Konfrans Liqasına Türkiyənin Bolu şəhərində hazırlaşan "Zirə" bu gün ilk yoxlama oyununa çıxıb.

Sportinfo.az xəbər verir ki, Rəşad Sadıqovun komandası Rumıniyanın yüksək liqasında çıxış edən "Hermanştadt"la qarşılaşıb. "Zirə" rəqibinə 1:2 hesabı ilə uduzub. Paytaxt təmsilçisinin oyundakı yeganə qolunu isə 25-ci dəqiqədə Hamidu Keyta vurub.

Qeyd edək ki, görüşün əvvəlcə Bakı vaxtı ilə saat 18:00-da başlanması nəzərdə tutulıurdu. Amma hava şəraiti ilə əlaqədar sonradan oyununun başlama saatında dəyişiklik olub. Matç əvvəlcədən nəzərdə tutulduğu kimi Bakı vaxtı ilə 18:00-da yox, 17:00-da start götürüb.

Əlavə edək ki, "Zirə"nin Boluda daha bir sınaq matçı nəzərdə tutulub. Ancaq rəqibin adı hələlik açıqlanmayıb.

17:00. "Zirə" - "Hermanştadt" (Rumıniya) 1:2

Bolu

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!