“Zirə” 1 saat tez...

29 İyun 2022 16:20 Zirə 448
“Zirə” 1 saat tez...

Konfrans Liqasına Türkiyənin Bolu şəhərində hazırlaşan "Zirə" bu gün ilk yoxlama oyununa çıxacaq.

Sportinfo.az xəbər verir ki, Rəşad Sadıqovun komandası Rumıniyanın yüksək liqasında çıxış edən "Hermanştadt"la qarşılaşacaq.

Görüşün əvvəlcə Bakı vaxtı ilə saat 18:00-da başlanması nəzərdə tutulıurdu. Amma hava şəraiti ilə əlaqədar sonradan oyununun başlama saatında dəyişiklik olub.

Matç əvvəlcədən nəzərdə tutulduğu kimi Bakı vaxtı ilə 18:00-da yox, 17:00-da start götürəcək.

"Zirə"nin Boluda daha bir sınaq matçı nəzərdə tutulub. Ancaq rəqibin adı hələlik açıqlanmayıb.

Digər Xəbərlər
Xəbər Lenti