"Zirə"nin müdafiəçisi Ruan Renatonun "Torpedo" ilə görüşdə vurduğu ilk top Azərbaycan klublarının avrokuboklarda 550-ci qolu olub.
Sportinfo.az xəbər verir ki, texniki nəticələrin nəzərə alınmadığı top fərqi 552-759-dur.
Azərbaycan komandalarının ilk qolu 1995/1996 mövsümündə qeydə alınıb. UEFA kubokunun 1995-ci il avqustun 22-də keçirilən "Austriya" (Vyana, Avstriya) – "Kəpəz" görüşündə (5:1) Yadigar Süleymanov fərqlənib.
"Zirə" Gürcüstan təmsilçisinə 3:0 hesabı ilə qalib gəlib.

