Rəşad Sadıqov axtarışdadır

27 Sentyabr 2021 09:40 Zirə 1 286
Rəşad Sadıqov axtarışdadır

Bir neçə tur keçəcək, biz «Zirə»nin gerçək gücü haqda daha təfsilatlı məlumata malik olacağıq.

Hələlik Rəşad Sadıqov da axtarışdadır və bu, növbəti 1-2 həftədən, yəni, ilk dövrədən sonra başa çata bilər.

O. işinin başındadır. Səbrinə güvənərək, qaldığı yerdən yoluna davam edir. Bu, sırf apardığı çalışmanın yaradıcı tərəfinə aiddir.

Biz komandanın damarlarına yeritmək istədiyi qandan – tətbiqinə can atdığı fəlsəfədən danışırıq. Hansı ki, onun konturlarını «Səbail»lə qarşılaşmada müəyyən qədər gördük.

Açığını demək lazımdır ki, o, futbolçularından çox şey tələb etmir. İxtyarındakıların potensial həddini bilərək. O, sadəcə, tələb edir: «Mənim dedikləri yerinə yetirin, ondan kənara çıxmayın, kifayətdir».

Bu, o deməkdir ki, Sadıqov oyun intizamını verdiyi tapşırıqların icrasında görür, komandasının məhz belə - onun istədiyi tərzdə taktiki savaş verməsini istəyir.

Davit Volkov bu planı qüvvətli edən əsas «silah»dır.

Beş tura 5 qol vuran gürcü yarımmüdafiəçi rels üzərində qalarsa, ötənilki uğurlu göstəricisinin üstünə çıxacaq. Onda 8 qol vurmuşdusa, cari mövsüm bu rəqəm 10-15 olacaq.

Ağabala Ramazanov özünə tez gəlsə, Təmkin Xəlilzadə ilə Loris Broqno nisbətən əvvəlki formasına dönsə, fərqli və şablonu pozan «Zirə» izləyəcəyik.

Hələ Felippe Paxtman… Bu gənc braziliyalı hücumçunun qayıdışından çox şey gözləməyə dəyər.

Hakimlər qərəzindən əl çəksə, biz daha ürəkli, daha insiativli «Zirə»dən söz açacağıq.

Qorxu canlarına necə yeriyibsə, hər hakim səhvindən od götürürlər, bu da istər-istəməz oyunlarına və nəticələrinə boz çalar qatır.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti